Rail Məlikov baş məşqçisiz qaldı

23:21 16 Fevral 2015

Türkiyənin "Dənizlispor" klubu baş məşqçisiz qalıb.

 

Sportarena.az xəbər verir ki, komandanın baş məşqçisi Engin İpekoğlu istefa verib.

 

Buna komandanın uğursuz nəticələri səbəb olub. Qeyd edək ki, İpekoğlunun rəhbərliyi altında komanda son beş oyununda məğlubiyyətlə üzləşib.

 

Artıq klub rəhbərliyi məşqçilər korpusunun istefasını qəbul edib. Komandaya bundan sonra kimin rəhbərlik edəcəyi bilinmir.

 


Xəbər xətti