"Qəbələ" növbəti qələbəsini 3 qolla qazandı

00:18 17 Fevral 2015

“Qəbələ” dünən yoxlama oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, Roman Qriqorçukun komandası klubun U-19 komandasını sınağa çəkib.

 

Matç əsas komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Ruslan Fominin het-trik etdiyi oyunda  digər hücumçu – baxışda olan Sebai də fərqlənib.

 

“Qəbələ"nin əsas komandası bu qarşılaşmaya aşağıdakı heyətlə çıxıb: Dmitri Bezotosnı, Rikardinyo, Sadiq Quliyev, Pavol Farkaş, Ürfan Abbasov, Tellur Mütəllimov, Aleksandru Benqa, Qismət Alıyev, Ruslan Tağızadə, Ruslan Fomin, Sebai Senin.

 

Qeyd edək ki, "Qəbələ” Premyer Liqanın növbəti oyununu fevralın 19-da öz meydanında “Xəzər Lənkəran”a qarşı keçirəcək.

 


Digər xəbərlər

Xəbər xətti