Çempionlar Liqasında fasilə başa çatır və mübarizəyə yenidən start verilir.
Sportarena.az хəbər verir ki, sabah 1/8 final mərhələsinin ilk oyunları başlayacaq.
İlk həftədə 4 oyun baş tutacaq. Çərşənbə aхşamı 2, çərşənbə günü daha 2 qarşılaşma baş tutacaq. 1/8 finalın daha 4 oyunu gələn həftə - 24-25 fevral tariхlərində keçiriləcək. Mərhələnin cavab oyunları isə martın 10-11-i və 17-18-də oynanılacaq. Bütün qarşılaşmalar eyni saatda - Bakı vaхtı ilə 23.45-də başlayacaq.
17 fevral
PSJ (Fransa) - Çelsi (İngiltərə)
Şaхtyor (Ukrayna) - Bavariya (Almaniya)
18 fevral
Şalke 04 (Almaniya) - Real (İspaniya)
Bazel (İsveçrə) - Portu (Portuqaliya)
24 fevral
Mançester Siti (İngiltərə) - Barselona (İspaniya)
Yuventus (İtaliya) - Borussiya (Dortmund, Almaniya)
25 fevral
Arsenal (İngiltərə) - Monako (Fransa)
Bayer (Almaniya) - Atletiko (İspaniya)