Ağayev "Sivasspor"a, Subaşiç "Qalatasaray"a qarşı

15:41 17 Fevral 2015

Türkiyə Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb

 

Sportarena.az xəbər verir ki, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor"un da rəqibi müəyyənləşib.

 

Komanda növbəti mərhələdə "Sivasspor"la qarşılaşacaq. Subaşiçin klubu isə "Qalatasaray"a qarşı oynayacaq.

 

Qeyd edək ki, ev-səfər prinsipi ilə keçiriləcək 1/4 və yarımfinal mərhələsinin görüşlərinin vaxtları da məlumdur. 1/4 finalın ilk oyunları martın 3, 4, 5-də, cavab görüşləri 7, 8, 9-da, yarımfinal qarşılaşmaları isə 28, 29, 30 aprel və 19, 20, 21 may tarixlərində baş tutacaq.


Xəbər xətti