UEFA-dan dəyişiklik: Avropa Liqasının əvəzinə pul veriləcək

16:10 17 Fevral 2015

UEFA 2016/17 mövsümündən etibarən "Fair play" qaydalarına ən yaxşı əməl edən Federasiyaların mükafatlandırılma üsulunu dəyişəcək.

 

Sportarena.az xəbər verir ki, əgər əvvəl bu baxımdan fərqlənən 3 federasiyaya klubları Avropa Liqasının təsnifat mərhələsinə göndərməyə icazə verilirdisə, 2016-cı ildən onlar bunun əvəzinə pul mükafatı alacaqlar. Bunun həvəksar və peşəkar klubların inkişafına sərf olunacağı gözlənilir. Qeyd edək ki, bu mövsüm Avropa liqasında "fair play" mükafatına görə "Brommapojkarna", "Tromse" və "MuPa-47" çıxış etmişdi.


Digər xəbərlər

Xəbər xətti