Rıdvan Dilmən: "Onların bu hadisəni törətdikdən sonra hələ yaşamaları günahdır”

16:40 17 Fevral 2015

Türkiyəli futbol eksperti Rıdvan Dilmən “NTV Spor” kanalında “Yüzdə 100 futbol” verilişində zorakılığa məruz qalaraq öldürülən Özgəcan Aslandan danışıb. 
 

Sportarena.az xəbər verir ki, “Qalatasaray” – “Balıkesirspor” matçını şərh etdikdən sonra mövzuya toxunan Dilmən bunları deyib: 

“Özgəcanı öldürənlər şərəfsizdirlər. O qatil da, onun atası da şərəfsizdir, namussuzdur. Bir də atası gedib ona cinayətin izini itirmək üçün yol göstərib. Bu hansı əxlaqa sığar? Onların bu hadisəni törətdikdən sonra hələ yaşamaları günahdır”.

 


Xəbər xətti