"Barselona"nın oyunları 140 milyon avroya alındı

16:51 17 Fevral 2015

"Barselona" rəhbərliyi İspaniya çempionatında oyunlarının yayım hüququnu "Telefonica" televiziya şirkətinə satıb.

 

Sportarena.az xəbər verir ki, razılaşmanın dəyəri 140 milyon avro təşkil edib.

 

Razılaşma gələn mövsüm qüvvəyə minəcək, 2016/2017-ci il mövsümündən etibarən isə İspaniyada klubların oyunlarının yayım hüquqlarına sahib olmaq qadağan ediləcək.

 


Xəbər xətti