Mübariz Mənsimovdan insanlıq dərsi: "Restoranda oturan hər kəsi çıxar bayıra, o qadını isə yox"

17:46 17 Fevral 2015

"Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimovla bağlı maraqlı xəbər yayılıb. 

 

Sportarena.az xəbər verir ki, bu haqda artıq sosial şəbəkələrdə geniş müzakirələr başlayıb. Bildirilir ki, tanınmış iş adamının Türkiyədəki restoranlarından birinə günorta vaxtı bir ac, haldan düşmüş bir qadın daxil olub və yemək istəyib.

 

İnzibatçı içəridəki qonaqların varlı və yüksək təbəqəli şəxslər olduğuna diqqət edib, qarını qapıdan uzaqlaşdırır və bu barədə şəxsən Mübariz Mənsimovun özünə bildirib. Mənsimovun cavabı isə onu təəccübləndirib

 

"Restoranda oturan hər kəsi çıxar bayıra, onlar burda yemək yeməsələr də, onsuz gedib başqa restoranda yeyəcəklər, o qadın isə yox. O qadını al içəri, süfrəni doldur yeməklərlə, axşamını da ver. Özünə də tapşır, hər gün gəlsin, yeməyini yesin rahat-rahat".

 


Xəbər xətti