"Xəzər Lənkəran" da Nazim Süleymanovu təbrik etdi

18:27 17 Fevral 2015

Bu gün Azərbaycan futbolunun canlı əfsanəsi Nazim Süleymanovun doğum günüdür. 

 

Sportarena.az xəbər verir ki, "Sulya" yubileyini - 50 yaşını qeyd edir. "Xəzər Lənkəran" da ilk baş məşqçisinin şad gününə biganə qalmayıb və rəsmi sayt vasitəsilə Süleymanovu təbrik edib:

 

"Bu gün Azərbaycan futbolunda özünəməxsus iz buraxmış keçmiş futbolçu, təcrübəli mütəxəssis Nazim Süleymanovun 50 yaşı tamam olur. “Xəzər Lənkəran” futbol klubu komandamızın ilk baş məşqçisi kimi tarixə düşən Nazim Süleymanovu təbrik edir, ona karyerasında uğurlar arzulayır".

 


Digər xəbərlər

Xəbər xətti