"TOP TOP" - "Qarabağ"ın qolu sayılacaq, hakim də ciddi cəzalanacaq" - VİDEO

18:32 17 Fevral 2015

Azərbaycan teleməkanında qısa zamanda populyarlıq qazanan "TOP TOP" verilişi növbəti buraxılışı ilə tamaşaçıların görüşünə gəlib.

Sportarena.az xəbər verir ki, "TOP TOP"un bu sayı da Azərbaycan futbolunda baş verən ən maraqlı hadisələrə həsr olunub. Proqramın bu dəfəki qonaqları beynəlxalq dərəcəli hakim Əfqan Həmzəyev, "stadium.az" saytının rəhbəri Vüsal Gözəlov və "Neftçi" klubunun prezidentinin müşaviri Elnur Əşrəfoğlu olub. "TOP TOP"da Azərbaycan futbolunun hazırki durumu müzakirə edilib, Premyer Liqanın oyunlarından söhbət aparılıb. Azərbaycan futbol hakimlərinin bu günkü durumu proqramın əsas mövzusu olub.  Həmçinin futbol həvəskarları canlı yayımda öz istək və arzularını bütün mobil operatorlardan 8998 və 8999 nömrələrinə SMS vasitəsilə göndəriblər. Əlbəttə ki, bütün suallar cavablandırılıb və təkliflər, arzular efirdə səsləndirilib. Verilişin aparıcısı Elçin Cəfərov olub. Bir sözlə teleməkanın maraqlı futbol proqramını izləməyə dəyər. "TOP TOP" hər həftənin bazar ertəsi günü saat 20:00-da "CHATBOX" kanalında canlı təqdim olunur.

"CHATBOX" kanalı KATV kabel televiziyası və internet vasitəsilə yayımlanır. Verilişi aşağıdakı linklər vasitəsilə izləmək olar:

http://www.myvideo.az/?video_id=1973733

http://www.myvideo.az/?video_id=1973735

http://www.myvideo.az/?video_id=1973740

 


Digər xəbərlər

Xəbər xətti