PSJ "Çelsi"nin müqavimətini qıra bilmədi, Ukraynada qolsuz sülh

01:37 18 Fevral 2015

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.

 

Sportarena.az xəbər verir ki, ilk oyunlar çərçivəsində 2 qarşılaşma baş tutacaq.

 

Donetskdə baş verən məlum xoşəglməz hadisələr üzündən Ukrayna “Şaxtyor”u Almaniyanın ən titullu klubu “Bavariya”nı Lvovda qəbul edəcək. Fevralın 24-də Türkiyənin Antalya şəhərində Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək Donetsk təmsilçisi münhenlilərlə çətin matçda azarkeşlərini sevindirməyə çalışacaq. Bu matç iki klub arasında ilk avrokubok görüşü olacaq. Bu günə qədər “Bavariya” cəmi 10 dəfə Ukrayna klublarına qarşı oynayıb ki, bunların da hamısı “Dinamo Kiyev”ə qarşı olub.

 

Günün digər oyunu Parisdə baş tutacaq. Fransa PSJ-si İngiltərə təmsilçisi “Çelsi” ilə görüşəcək. Ötən mövsüm rəqibini səfər qolu ilə mübarizədən kənarlaşdıran (1:3, 2:0) londonlular uğurunu təkrarlamaq iddiasındadı. Fransalılar isə həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

 

Çempionlar Liqası
1/8 final, ilk oyunlar

17 fevral

23:45. PSJ (Fransa) - “Çelsi” (İngiltərə) 1:1 

Qol: Kavani, 54; İvanoviç, 36

23:45. “Şaxtyor” (Ukrayna) - “Bavariya” (Almaniya) 0:0 


Xəbər xətti