“Bavariya” Lvovda xeyriyyə aksiyası keçirdi - FOTO

22:39 17 Fevral 2015

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyun çərçivəsində səfərdə “Şaxtyor”la qarşılaşacaq “Bavariya”nın inzibati şəxsləri Lvov şəhərindəki uşaq xəstəxanalarının birinə baş çəkib, xeyriyyə aksiyası keçiriblər.

 

Sportarena.az xəbər verir ki, bu haqda klubun “tvitter” səhvəsi məlumat verib.

 

Münhenlilər müalicə olunan uşaqlara klubun atributlarından ibarət hədiyyələr paylayıblar. Bundan başqa, Almaniya klubunun nümayəndələri 50-dən çox xəstələr üçün dərman xərclərini öz üzərinə götürüblər.

 


Digər xəbərlər

Xəbər xətti