İbrahimoviç Trabzon yolunda - FOTO

22:42 17 Fevral 2015

“Trabzonspor”un transfer vaxtı “Fənərbaxça”nın əlindən qapdığı futbolçu Erkan Zəngin İsveç Milli Komandasında forma geyinən dünyaca məşhur futbolçu Zlatan İbrahimoviçi Trabzona gətirir.

 

Sportarena.az xəbər verir ki, yaxın dost olan cütlük demək olar ki, hər gün görüşür və İbrahimoviç Trabzon haqqında ondan məlumat alır.
 

Ova böyük marağı olan futbolçu Trabzonda hansı heyvanların ovalandığını soruşub. Bu mövzu haqqında o qədər də məlumatı olmadığını deyən trabzonlu futbolçunun klub heyətindən məlumat aldığı da ortaya çıxıb.
 

Boş vaxtlarında xüsusi təyyarəsi ilə müxtəlif ölkələrə gedərək ov edən İbrahimoviçin həm yaxın dostunu görmək, həm də ov etmək üçün yaxın günlərdə Trabzona gələcəyi dəqiqləşib.


Xəbər xətti