İbrahimoviç: "Səfərdə qalib gəlməliyik"

11:12 18 Fevral 2015

PSJ-nin hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasında dünən bərabərə qaldıqları "Çelsi" ilə oyun haqda danışıb.

 

Sportarena.az xəbər verir ki, "RMC Sport"a danışan isveçli forvard rəqibin cəmi bir qol vurmaq imkanı olduğunu bildirib:

 

"Çelsi"nin cəmi bir qol vurmaq şansı oldu. Ondan da maksimum yararlandılar. Lakin biz bir neçə təhlükəli hücumlar təşkil etsək də, cəmi birini qola çevirdik. Rəqibin qapıçısı Tibo Kurtua əla oynadı. Cavab matçında açıq oyun olacağını düşünürəm. Səfərdə qalib gəlməliyik".

 

Qeyd edək ki, PSJ - "Çelsi" oyunu 1:1 hesabı ilə başa çatıb. 

 


Digər xəbərlər

Xəbər xətti