"Əlincə" Qəbələ"yə məğlub oldu - U-15 Liqası

11:23 18 Fevral 2015

U-15 liqasında növbəti turun görüşləri baş tutub. 18-ci turun oyunları çərçivəsində "Əlincə" doğma meydanda “Qəbələ”ni qəbul edib.

 

Sportarena.az xəbər verir ki, ilk hissə daha çox meydanın mərkəzində gedən mübarizə ilə yadda qalıb. Belədə tərəflərdən heç biri qol vurmaq şansı yaxalamayıb.

 

İkinci yarıda oyunun sürəti bir qədər artıb. Hesabı açmaq üçün irəli atılan “Əlincə” epizodların birində cərimə zərbəsi vurmaq imkanı qazanıb. Turan Vəlizadənin zərbəsi qapıçıya çarparaq, tora daxil olub. Oyunun sonlarında qapısının toxunulmazlığını qorumağı bacaran Masazır təmsilçisi yekunda minimal hesablı qələbə qazanıb. 

 


Digər xəbərlər

Xəbər xətti