"Qarabağ"la oyunöncəsi "Neftçi"də ciddi itki

11:58 18 Fevral 2015

Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində sabah “Qarabağ”la qarşılaşacaq “Neftçi” oyunun hazırlığını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, “ağ-qaralar” vacib matç öncəsi problemlə üzləşiblər.

 

Belə ki, baş məşqçi Arif Əsədov komandanın əsas heyət üzvlərindən olan Mirhüseyn Seyidovun xidmətindən məhrum ola bilər. Çünki yarımmüdafiəçinin bu görüşü buraxmaq ehtimalı var. Ötən tur “Qəbələ” ilə matçın sonlarında zədələnən Seyidov komandanın dünənki məşqində iştirak etməyib. Futbolçu bu gün təkrar tibbi müayinədən keçməlidi. Onun “Qarabağ”la matçda iştirakı həkimlərin rəyindən asılıdı.

 

Qeyd edək ki, qış fasiləsindən sonra AZAL-a məğlub olub, “Simurq”la heç-heçə edən “Neftçi” “Xəzər Lənkəran” və “Qəbələ”yə qalib gəlib.

 


Xəbər xətti