"Çelsi" fanatları metroda insident törətdi: "Biz irqçiyik" - FOTO

12:43 18 Fevral 2015

Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ-ylə oyunu izləmək üçün Parisə gələn “Çelsi” fanatları paytaxt metrolarının birində insident törədib.

 

Sportaren.az xəbər verir ki, bir qrup ingilis azarkeş qaradərili bir kişini vaqona buraxmayıb. Zərərçəkən bir neçə dəfə cəhd etsə də, “qonaqlar”ın müqavimətiylə üzləşib. Daha sonra azarkeşlər “biz irqçiyik, biz irqçiyik, bundan həzz alırıq” şüarını qışqıraraq mahnı oxumağa başlayıb.

 

İnsidentlə bağlı “Çelsi” rəhbərliyi rəsmi açıqlama verib: “Belə hərəkət axmaqlıqdır və istər futbol meydanlarında, istərsə də kənarda qəbulolunmazdır. Biz istənilən cinayət işinin araşdırılmasını dəstəkləyirik. Əgər həqiqətən də bizim azarkeşlərin bu insidentdə iştirakı təsdiqlənsə, onlara qarşı ən sərt tədbirlər görüləcək. Eyni zamanda oyunlara buraxılmayacaqlar”.

 


Digər xəbərlər

Xəbər xətti