Azərbaycanlı boksçunun əl sümüyü çatlayıb

14:32 18 Fevral 2015

Boks üzrə milli komandamızın üzvü Cavid Çələbiyev zədə səbəbindən fevralın 19-da Parisdə keçiriləcək AİBA Pro Boxing turnirində iştirak edə bilməyəcək.

 

Sportarena.az xəbər verir ki, həmyerlimiz bu dəfə Keniya idmançısı Benson Njangiru ilə qarşılaşmalı idi. Ancaq Çələbiyev AİBA Pro Boxing (APB) turnirinin keçən mərhələsində Yoni Blanko Paçeko ilə görüşdə əlindən zədə alıb. Boksçumuzun əl sümüyündə çat yarandığından həkimlər onun rinqə çıxmasına icazə verməyiblər.

 

Qeyd edək ki, Çələbiyev ötən ay Paçeko üzərində inamlı qələbə qazanıb. Bu dəfə APB kəməri uğrundə əsas döyüşdə fransalı Xedafi Djelkxirlə argentinalı Alberto Melian üz-üzə gələcək.

 


Digər xəbərlər

Xəbər xətti