"Qarabağ" "Neftçi"yə müraciət etdi: "Əliyar Ağayevin istənilən hakimlə əvəz olunmasını təklif edirik"

18:27 18 Fevral 2015

Azərbaycan Premyer Liqasının 23-cü turunun sabah “Neftçi”yə qarşı keçiriləcək oyunu ilə əlaqədar “Qarabağ” paytaxt təmsilçisinə müraciət edib.

 

Sportarena.az klubun rəsmi saytına istinadən məlumatı diqqətinizə çatdırır:

 

“Premyer Liqanın XXIII turunda keçiriləcək “Neftçi”  - “Qarabağ”  oyununa  Əliyar Ağayev təyinat alıb. 

 

Əliyar Ağayevin iki tur öncə idarə etdiyi  “Neftçi” – “Simurq” qarşılaşmasından sonra idarəçiliklə bağlı yaranmış narazılıq və bu gün “Neftçi” – “Qarabağ” görüşünün təyinatlarından sonra yaranmış ajiotajı nəzərə alaraq  “Neftçi” PFK-ya müraciət edirik:

 

“Neftçi” – “Qarabağ” matçına təyinatlar açıqlandıqdan sonra  Əliyar Ağayevlə bağlı yaranmış söz-söhbəti nəzərə alaraq  Əliyar Ağayevin istənilən hakimlə əvəz olunmasını təklif edirik”.

 


Digər xəbərlər

Xəbər xətti