Millimiz Rusiya ilə oyunda qələbəni əldən verdi

18:35 18 Fevral 2015

Bu gün “Əlincə” stadionunda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya yığma komandaları arasında yoxlama oyunu keçirilib.

 

Sportarena.az xəbər verir ki, saat 16:30-da başlayan qarşılaşma millimizin məğlubiyyəti ilə başa çatıb.

 

Hesabı 42-ci dəqiqədə Oruc İsmayılov açsa da, sonradan iki qol vuran ruslar əzmkar qələbə qazanıblar.

 


Digər xəbərlər

Xəbər xətti