"Bazel" "Porto" ilə sülh bağladı, "Real"dan inamlı qələbə

01:38 19 Fevral 2015

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsində növbəti oyunlar keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, ikinci matç günündə də iki qarşılaşma baş tutacaq.

 

Belə ki, “Bazel” İsveçrədə “Porto”nu qəbul edəcək. Portuqaliya klubu səfərdə sərfəli nəticə ilə qayıtmaq niyyətindədir.

 

Turnirin son qalibi “Real” isə Almaniyada “Şalke”nin qonağı olacaq. Ötən il keçirilən görüşlərdə üstün olan madridlilərin bu dəfə də Helzenkirxendə çətinlik çəkməyəcəyini əvvəlcədən söyləmək olar.

 

Qeyd edək ki, ötən gün PSJ “Çelsi” 1:1, “Şaxtyor” “Bavariya” ilə 0:0 hesabı ilə bərabərə qalıb.

 

 

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

18 fevral

“Bazel” (İsveçrə) – “Porto” (Portuqaliya) 1:1 

Qol: Qonzales, 11; Danilo,79 (P)

“Şalke” (Almaniya) – “Real” (İspaniya) 0:2 

Qol: Ronaldo, 27; Marselo,79

 


Xəbər xətti