"Türkiyə klublarının mənimlə maraqlandığını eşitmişəm"

00:11 19 Fevral 2015

Avropa Liqasının 1/16 final mərhələsində "Trabzonspor" və "Napoli" növbəti mərhələyə vəsiqənin taleyini müəyyənləşdirəcək.

 

 

Sportarena.az xəbər verir ki, Neapol klubunun türk əsilli yarımmüdafiəçisi Gökhan İnler qarşıdakı oyun barədə fikirlərini bildirib.

"Hər iki komanda qalib gəlib növbəti mərhələyə vəsiqə qazanmaq istəyir. Amma niz tamamilə bu oyuna köklənmişik. Türkiyə klublarının mənimlə maraqlandığını eşitmişəm. Mənim üçün fərqi yoxdur. Diqqətim qarşıdakı matça yönəlib. Türk azarkeşlərinə yaxşı bələdəm. Ona görə meydandakı atmosferlə bizə təzyiq göstərməyə çalışacaqlar. Amma bu, hətta xoşuma gəlir".

 


Xəbər xətti