Rikardinyo "Xəzər Lənkəran"la oyunu buraxacaq

11:20 19 Fevral 2015

“Qəbələ” yeni transferinin xidmətindən məhrumdu.

 

Sportarena.az xəbər verir ki, braziliyalı müdafiəçi Rikardinyo “Xəzər Lənkəran”la bugünkü qarşılaşmada debüt edə bilməyəcək.

 

Sol cinah oyunçusunun transfer vərəqəsi artıq gəlib və onun sənədləri hazırlanıb. “Qəbələ” 31 yaşlı futbolçunun adını PFL-ə sabah təqdim etməyi düşünür. Yalnız bundan sonra Rikardinyonun Azərbaycan çempionatında və kubokunda iştirakına icazə veriləcək. Bu isə o deməkdi ki, “sambaçı” fevralın 28-də “Qarabağ”la XXIV tur matçında debüt edə biləcək.

 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XXIII turunun “Qəbələ” – “Xəzər Lənkəran” oyunu bu gün saat 17:00-da start götürəcək.

 


Digər xəbərlər

Xəbər xətti