"Qarabağ" səfərdə "Neftçi"ni məğlub etdi

20:51 19 Fevral 2015

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək.

 

Sportarena.az xəbər verir ki, milli komandanın təlim-məşq toplanışı öncəsi baş tutacaq turun bütün qarşılaşmaları eyni gündə keçiriləcək.

 

Çempionluğa iddialı “İnter” səfərdə meydana çıxacaq. “Bankirlər” qış fasiləsindən sonra keçirdiyi 4 oyunda 7 xal toplayan AZAL-ın qonağı olacaq.

 

III dövrəyə yaxşı başlayan “Simurq” evdə autsayderlər zonasında qərarlaşan “Sumqayıt”ı qəbul edəcək. “Qəbələ”yə qalib gəlib, “Neftçi”dən səfərdə 1 xal alan və Bakıda “Qarabağ”a uduzan zaqatalalılar Avropa Liqasına vəsiqə qazanmaq üçün bu görüşdə meydana qələbə əzmi ilə çıxacaqlar.

 

Turun mərkəzi qarşılaşması “Bakcell Arena”da baş tutacaq. Ölkə çempionatlarının daim iştirakçısı olan iki komanda – “Neftçi” ilə “Qarabağ”la münasibətlərinə aydınlıq gətirəcək. Bakı klubu turnir cədvəlinin liderindən xal almağa çalışacaq. Qurban Qurbanovun yetirmələri isə çempionluq yolunda əsas rəqiblərindən birini sıradan çıxarmaq niyyətindədi.

 

 

Azərbaycan Premyer Liqası

XXIII tur

19 fevral (cümə axşamı)

15:00. AZAL – “İnter” 1:1 

Qol: Manbonqo,1; Nildo,18

Hakimlər: Fariz Yusifov, Elman Musayev, Elşən Acalov, Nahid Əliyev

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ramil Əhmədov

“AZAL Arena”

 

17:00. “Simurq” – “Sumqayıt” 1:1 

Qol: Draqan Ceran, 44; Məhəmməd Qurbanov, 38

 

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Kamran Bayramov, Xəlil Xəlilov

Zaqatala şəhər stadionu

 

19:00. “Neftçi” – “Qarabağ” 0:1 

Qol: Reynaldo, 90

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, Vaqif Musayev

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, İnqilab Məmmədov

“Bakcell Arena”

 

 

 


Digər xəbərlər

Xəbər xətti