Azərbaycan milli komandası İran yığmasına qalib gəlib

13:24 19 Fevral 2015

İranın paytaxtı Tehranda yunan-Roma güləşi üzrə Dünya Kubokuna start verilib.

 

Sportarena.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan milli komandası ilk görüşündə İran yığması ilə üz-üzə gəlib. 

 

 

Qarşılaşma Azərbaycan millisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:2. Təşkilatçı ölkə yığmasının pəhləvanlarına Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq) və Sabah Şəriəti (130 kq) qalib gəlib, Rövşən Bayramov (59 kq) və Orxan Nuriyev (98 kq) isə uduzub. 

59 kq

Mohesn Hacıpur - Rövşən Bayramov - 4:3

66 kq

Afşin Biabanqard - Həsən Əliyev - 0:5

71 kq

Ramin Taheri - Rəsul Cunayev - 4:4*

75 kq

Yusuf Əkbəri - Elvin Mürsəliyev - 0:2

80 kq

Habibollah Axlaqi - Rafiq Hüseynov - 4:5

85 kq

Kərim Fərd Mojtaba - İslam Abbasov - 4:10

98 kq

Mehdi Əliyari - Orxan Nuriyev - 1:0

130 kq

Behnam Mehdizadeh - Sabah Şəriəti - 0:8

Qeyd edək ki, Azərbaycan millisinin qrupdakı digər rəqibləri İsveç və Almaniya yığmalarıdır. Digər qrupda isə Rusiya, Macarıstan, Ermənistan və Türkiyə yer alıb.  

 


Digər xəbərlər

Xəbər xətti