SON DƏQİQƏ: "Qəbələ" - "Xəzər Lənkəran" qarşılşması təxirə salına bilər

15:45 19 Fevral 2015

Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində bu gün keçirilməli olan “Qəbələ” – “Xəzər Lənkəran” oyunu təxirə salına bilər.

 

Sportarena.az xəbər verir ki, buna səbəb Qəbələni bürüyən qatı dumandı.

 

Bununla bağlı apasport.az-a açıqlamasında qonaq komandanın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu görüşün keçirilməmə ehtimalının olduğunu vurğulayıb. Hazırda Qəbələ şəhər stadionunda göz-gözü görmür. Qarşılaşmanın startına qədər duman çəkilməsə, hakimlər matçı təxirə salacaqlar.

 

Qeyd edək ki, “Qəbələ” – “Xəzər Lənkəran” görüşü saat 17:00-da start götürməlidi.

 


Digər xəbərlər

Xəbər xətti