Kaxaber Sxadadze: "Xoşagəlməz hadisələr oldu"

18:16 19 Fevral 2015

Azərbaycan Premyer Liqasının XXIII turunda keçirilən AZAL – “İnter” oyunu 1-1 hesabı ilə başa çatdı. 
 

Sportarena.az xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Kaxaber Sxadadze oyun barədə fikirlərini bildirib:


“Emosiyalar yüksək idi. Biz matça bərbad şəkildə başladıq və 1-ci dəqiqədə qol buraxdıq. Qoldan sonra oyunda dəyişiklik edib, bərabərlik qolunu vurduq. Üstün tərəf biz idik. İlk hissədə Nildo zədə aldı. Onun əvəzlənməsindən sonra hücumda pressinq edə bilmirdik. Çox sayda oyunçunun psixoloji problemi var. Bilirsiniz ki, millinin toplanışı gəlir. Amma milliyə getmək üçün ilk növbədə klubda yaxşı futbol sərgiləmək lazımdır. Çox çətin bir oyun oldu. Xoşagəlməz hadisələr oldu. Oyunda, eləcə də ondan sonra baş verən hadisələr mənim üçün xoş deyil. Mən çalışırdım ki, sülh yaradım. Amma bir-birmizə hörmətlə yanaşırıq”.


Digər xəbərlər

Xəbər xətti