Roman Qriqorçuk: "Biz bu oyuna qələbə üçün çıxmışdıq"

19:25 19 Fevral 2015

Azərbaycan Premyer Liqasının XXIII turu “Qəbələ” üçün uğurlu alındı. Şimal təmsilçisi doğma meydançasında “Xəzər Lənkəran”ı 3-1 hesabı ilə məğlub etdi.  

 

Sportarena.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçuk oyun barədə fikirlərini bölüşüb:

 

“Şərhim qısadır. Biz bu oyuna qələbə üçün çıxmışdıq. Buna da nail olduq. Əsas məsələ 3 xal qazanıb, psixoloji durumu düzəltməli idi. Bu oyun bizim üçün çox vacib əhəmiyyət daşıyırdı”. 

 


Xəbər xətti