Millimizin rəqiblərinin biri və oyun cədvəli dəyişib

19:49 19 Fevral 2015

Xəbər verdiyimiz kimi, fevralın 20-dən 26-na qədər Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iki yoxlama oyunu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, yığmamızın rəqiblərindən biri və oyun cədvəli dəyişib.

 

Futbolçularımız Qananın U-21 yığması ilə fevralın 23-də deyil, iki gün sonra – fevralın 25-də, Bakı vaxtı ilə saat 19:30-da qarşılaşacaq.

 

Komandamızın digər rəqibi isə Qazaxıstanın “Atırau” klubu olacaq (yığmamızın daha öncə Çinin “Hunan Billows” klubu ilə qarşılaşacağı nəzərdə tutulmuşdu). Bu oyun fevralın 23-də, Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

 


Xəbər xətti