AFFA gənc futbolçuların maaşları ilə bağlı məlumat yaydı - FOTOLAR

13:18 20 Fevral 2015

Fevralın 3 və 13-də keçirilən AFFA-nın Klublar Komitəsinin iclaslarında yeniyetmə və gənc futbolçuların məvaciblərinə limit tətbiq olunması müzakirə edilib.
 
 

Sportaren.az  AFFA-nın saytına istinadən xəbər verir ki, AFFA beynəlxalq təcrübəni araşdıraraq təqdimat hazırlayıb.

 

Təqdimatda dünyanın müxtəlif ölkələrində və ayrı-ayrı idman növlərində oyunçuların məvaciblərinə, həmçinin ümumilikdə klubların maaş büdcəsinə limit tətbiq olunması ilə bağlı faktlar, eyni zamanda 2013/14 və 2014/15 mövsümlərində Azərbaycanda U-23 oyunçuların transfer məlumatları öz əksini tapıb.

Qeyd edək ki, məsələ AFFA-nın İcraiyyə Komitəsinin martın 6-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

 


Digər xəbərlər

Xəbər xətti