Elnur Abdullayev: "Rednik, gördüyüm ən güclü məşqçi idi" - MÜSAHİBƏ

15:09 20 Fevral 2015

“Simurq” klubunun futbolçusu Elnur Abdullayevin Sportarena.az saytına müsahibəsi:

 

- “Sumqayıt”la oyunda xal itirdiniz...

– Vacib oyunda xal itirdik. Hansı ki, bu xallar bizə hava və su kimi lazım idi. Deyərdim ki, “Sumqayıt” yaxşı komandadır. Belə komandalarnan oynamaq çətindir. Qol epizodlarını boşa verdik və sonda xal itirdik.

 

- Avrokuboklara düşmək şanslarınızı necə qiymətləndirirsiz?

– Hələ heç nə itməyib. Qarşıda oyunlar var. Avroliqaya düşmək şanslarımız var. Hər şey öz əlimizdədir və inşallah bunu bacararıq.

 

- Bu dəfə start heyyətində yox idiz. Məşqçinin sizə güvənməməsi nə ilə bağlıdır?

– Digər oyunlara baxanda “Sumqayıt”la oyunda əsas heyyətdə 4 futbolçu dəyişilmişdi. Güvənmək söhbəti deyil, sadəcə məşqçinin taktiki gedişi idi. Məşqçinin fikirlərinə hörmətlə yanaşmaq lazımdır.

 

- Millinin toplanışına çağırılmadız. Mövqeyinizdə rəqabət güclüdür. Özünüzü millidə oynamağa hazır sayırsız?

– Özümü hazır sayıram. Heç kimnən zəif deyiləm. Çağırsalar, özümü göstərməyə hazıram.

 

- Rednik  sizi hansı mövqedə oynatmalı olduğunu yaxşı bildiyini demişdi. Onun gedişindən sonra oyununuzda eniş oldu...

– Rednik, gördüyüm ən güclü məşqçi idi. Onun gücünə heç kimin şübhəsi olmasın. Məni “Xəzər Lənkəran”a o gətirmişdi. Qaldı ki onun gedişindən sonra oyunumda eniş olmasına, mən belə deməzdim. Məşqçinin verdiyi tapşırıqları yerinə yetirmişəm. Sadəcə hər məşqçinin taktikasına uyğunlaşmaq zaman alan məsələdir.

 

- Zaqatalaya gedən kimi əsas heyyətdə göründüz. Tez uyğunlaşdız... Yeni yer, yeni klub həyatınızda nələri dəyişdi?

– Həm futbolçular, həm də azarkeşlər Zaqatalada məni yaxşı qarşıladılar. Heyyət çox güclüdür, rəqabət var. Hər futbolçu  əsas heyyətdə oynamaq üçün mübarizə aparır. Belə olması yaxşıdır.

 

- “Xəzər Lənkəran” azarkeşləri ən güclü sayılır. Amma, Zaqatala fanatlaının da çılğın dəstəyini görmüşük. Azarkeşlərin dəstəyi sizi oyunlara kökləyə bilirmi?

– Hər iki komandanın azarkeşləri mükəmməldir.

 

- Uzaqdan vurduğunuz qollarla məşhursuz. Bunun üzərində xüsusi məşq edirsiz?

– Vurduğum qolların əksəriyyəti uzaqdan zərbələrin nəticəsidir. Xüsusi məşq etmirəm. Sadəcə uzaqdan zərbə vurmağı xoşlayıram.

 

 

 

Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti