Araz Abdullayevin "Everton"a gedə bilməməsinin sirri açıqlandı: "Bunu, AFFA-da Elxan Məmmədov kimi insanlar etdi”

15:30 20 Fevral 2015

“Neftçi” klubunun keçmiş vitse-prezidenti Tahir Süleymanov “İnteraz” kanalında yayımlanan “Arena” verilişinin son buraxılışda qonaq olub.

 

Sportarena.az xəbər verir ki, Süleymanov özünə gələn iş təkliflərindən danışıb:

“Bir-neçə klubdan iş təklifi olub. Amma, iddiası az olan klublar olduğundan bir qədər tərəddüd edirəm. Yaxşı fikirləşib, qərar verməyə çalışacam”.

 

Süleymanov, həmçinin vaxtıykən “Neftçi”dən “Everton”a transfer olunmaq üzrə olan Araz Abdullayevin məsələsinin düyünə düşmə səbələrinə də aydınlıq gətirib:

“Vaxtıykan Araz Abdullayev ən yaxşı futbolçulardan olanda, onun qarşısını kəsənlər oldu. Milliyə çağırmadılar, “Everton”a göndərilməsinə mane oldular. Bunu AFFA-da Elxan Məmmədov kimi insanlar etdi”.


Xəbər xətti