Millimizin rəqibi qələbə qazandı

15:40 20 Fevral 2015

Ukraynanın "Şaxtyor" klubu Türkiyədəki təlim-məşq toplanışına start verib.

 

Sportarena.az xəbər verir ki, komanda artıq ilk yoxlama matçına da çıxıb.

 

Donetsk təmsilçisi Qazaxıstanın "Atırau" klubu ilə qarşılaşıb. Matç "Şaxtyor"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, "Şaxtyor" Antalya toplanışı çərçivəsində Azərbaycan yığması ilə də yoxlama oyunu keçirəcək. Həmin qarşılaşma fevralın 24-də baş tutacaq.

 


Digər xəbərlər

Xəbər xətti