Tanınmış jurnalist "Neftçi"dən danışdı: "Komandada qruplaşma olduğu açıq-aydın görünür"

15:58 20 Fevral 2015

Tanınmış jurnalist, Komanda.az saytının redaktoru Natiq Muxtarlı “İnteraz” kanalında yayımlanan “Arena” verilişinin son buraxılışında qonaq olub.

 

Sportarena.az xəbər verir ki, Muxatarlı, veriliş boyu maraqlı məqamlara toxunub. Tanınmış jurnalist, əvvəlcə yerli futbolçuları tənqid edib:

“Yerli futbolçularımız öz üzərində işləmirlər. Xarici klublara getməkdə çətinlik çəkirlər. Araz Abdullayev vaxtiykən “Everton”a keçəcəkdi. Amma, indi heç əvvəlki oyunlarını da oynaya bilmir. Rahid Əmirquliyev özünü inkişaf etdirə bilmir, yerində sayır”.

 

Muxtarlı, daha sonra “Neftçi”də yaranmış vəziyyətə də sərt münasibətini bildirib:

“Bu dəqiqə “Neftçi”də aləm bir-birinə dəyib. Prezident müşaviri vitse-prezidenti xoşlamır, vitse-prezident prezidenti xoşlamır... Komandada qruplaşma olduğu açıq aydın görünür”. – deyə Muxtarlı bildirib.

 


Digər xəbərlər

Xəbər xətti