Hollandiya yığmasının üzvü Azərbaycandan təklif alıbmış

17:24 20 Fevral 2015

Hollandiya millisinin sabiq futbolçusu Demi de Zeuv Azərbaycan klublarının maraq dairəsində olub.

 

Sportarena.az xəbər verir ki, bunu 32 yaşlı yarımmüdafiəçinin özü açıqlayıb.

 

Heyətində 27 oyun keçirdiyi milli ilə DÇ-2010-nun finalçısı olan Zeuv bildirib ki, qışda bir çox ölkələrdən təklif alıb. Bunadək 8 ay klubsuz qalan hollandiyalı seçim etməkdə çətinlik çəksə də, sonda vətənində qalmağa üstünlük verib: “Qazaxıstan, Azərbaycan və Tailanddan da təkliflər var idi. Hətta ABŞ klublarından birinə keçidim mümkün idi. Norveç təmsilçisi ilə də ilkin danışığımız olmuşdu. Lakin mən “Breda”nı seçdim. Göstərmək istəyirdim ki, hələ futbol oynaya bilərəm”.

 

Qeyd edək ki, karyerası ərzində “Qou Exed İqls”, “Alkmaar”, “Ayaks”, “Spartak” (Moskva), “Anderlext”də oynamış dayaq yarımmüdafiəçisi bu ayın əvvəlində “Breda” ilə anlaşıb.

 


Xəbər xətti