"Qarabağ" və "Xəzər Lənkəran" yerində saydı, "Neftçi" gerilədi

19:01 20 Fevral 2015

UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb.

 

Sportarena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 454 komandanın yer aldığı siyahıda Azərbaycan 7 klubla təmsil olunub.

 

Avropa Liqasının qrup mərhələsində mübarizəni dayandıran “Qarabağ” reytinqdəki mövqeyini qoruyub. Ağdam təmsilçisi son 5 mövsümün nəticələrinə görə 11.500 xalla 148-ci pillədə qərarlaşıb.

 

Son Azərbaycan kubokunun qalibi “Neftçi” klubu mövqeyini iki pillə itirib. "Ağ qaralar" 9.000 xalla 181-ci pillədə qərarlaşıb.

 

Ümumilikdə avrokuboklarda son beş mövsümün (2010/11, 2011/12, 2012/13, 2013/14 və 2014/15) nəticələrinə əsasən hazırlanan siyahıda klublarımızın mövqeyi aşağıdakı kimidir:

 

148. “Qarabağ” (0)
181. “Neftçi” (-2)
269. “İnter” (0)
296. “Xəzər Lənkəran” (0)
331. “Bakı” (0) 
358. “Qəbələ” (0)
359. AZAL (0)

 

Cari mövsümün (2014/2015) nəticələrinə görə "Qarabağ" 66-cı, "Neftçi" 102-ci (-2), "İnter" 161-ci (-1), "Qəbələ" (-1) isə 179-cu pillədə qərarlaşıb.
 

 

Qeyd edək ki, ölkələrin reytinqində isə Azərbaycanın mövqeyində dəyişiklik baş verməyib. Aktivində 12.500 xal olan ölkəmiz reytinqdə 29-cudur.

 


Digər xəbərlər

Xəbər xətti