Nikolay Adam: "Çalışacağıq ki, qələbə qazanaq"

23:21 20 Fevral 2015

19 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Nikolay Adam Finlandiya ilə 2:2 hesabı ilə bərabərə qaldıqları matçı şərh edib.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, oyundan narazı qalmadığını deyib:

 

"İkinci hissədə bütün komanda ilə müdafiə olunan bir rəqibə qarşı oynadıq. Daha səbirlə oynamaq lazım idi. Sonuncu dəqiqədə yol verdiyimiz səhvdən sonra qol buraxdıq. Oyunumuzu təhlil edib növbəti qarşılaşmaya hazırlaşacağıq. Çalışacağıq ki, qələbə qazanaq”.

 


Xəbər xətti