Braziliyalı futbolçunun Azərbaycanda oynamamasının səbəbi bəlli oldu

10:48 21 Fevral 2015

Bolqarıstanın MOİK klubunun futbolçusu Edenilson Berqonsinin Azərbaycana transferinin baş tutmamasının səbəbi bəlli olub.

 

Sportarena.az xəbər verir ki, 28 yaşlı braziliyalı yarımmüdafiəçi ölkəmizdən təklif alsa da, aldığı ciddi zədə bu keçidi əngəlləyib.

 

Belə ki, adı açıqlanmayan təmsilçimiz legioneri heyətində qatmaq üçün MOİK-lə danışıqlar da apardığı vaxtda “sambaçı” xəsarət alıb. Bu üzdən yaşıl meydanlardan kənar qalan Edenilson klubumuza lazım olmayıb. Düzdü, danışıqlar prosesində tərəflər transfer məbləğində də ortaq məxrəcə gələ bilməyib. Lakin zədə onların sonadək müzakirələr aparıb, razılıq əldə etməsinin qarşısını alıb.

 

Qeyd edək ki, 2014-cü ildən MOİK-də çıxış edən Berqonsi bunadək Braziliyada “Moqi Mirim”, “Esportiva”, “Çeramika”, “Pelotas”, “Yuventud”, İtaliyada “Vareze”, Belçikada “Brüssel”, “Standard”, Bolqarıstanda “Çerno Mlore”nin şərəfini qoruyub.

 


Digər xəbərlər

Xəbər xətti