Papoviç Ağayevə çata bilmədi: 318-də dayandı

14:13 21 Fevral 2015

Azərbaycan Premyer Liqasının XXIII turu 2015-ci ildə keçirdiyi əvvəlki 3 qarşılaşmada qol buraxmayan “Sumqayıt” seriyasının qırılması ilə əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, “İnter”, “Bakı” və AZAL-la görüşlərdə qapısını toxunulmaz saxlayan Andrey Popoviç “Simurq”la qarşılaşmada rəqib qoluna üzülüb.

 

XVIII turun “Qarabağ”la matçında (0:2) iştirak etməyən qolkiper sonuncu dəfə ötən il dekabrın 18-də “Qəbələ” ilə görüşdə (1:1) qapısında qol görmüşdü. Cavid Hüseynovun 86-cı dəqiqədəki qolundan sonra Popoviç 318 dəqiqəlik “quru” seriyaya imza atıb. Milliləşən ukraynalını “Simurq”un serbiyalı futbolçusu Draqan Çeran dayandırıb.

 

Qeyd edək ki, mövsümün rekordu Səlahət Ağayevə məxsusdur. “İnter”in qapıçısı qapısını 535 dəqiqə toxunulmaz saxlayıb.

 

 


Xəbər xətti