“Bakı”ya texniki məğlubiyyət verildi

18:27 21 Fevral 2015

Bu gün kişi basketbolçular arasında Azərbaycan çempionatının XIII turunun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, tur çərçivəsində yalnız iki matç baş tutub.

 

“Qala” – NTD oyunu klublarının üzvlərinin heyətində yer aldığı milli komandanın toplanışı ilə əlaqədar təxirə salınıb. “Bakı” isə BDU ilə oyuna çıxmayıb. Bu üzdən paytaxt təmsilçisinə texniki məğlubiyyət verilib - 0:20.

 

Baş tutan matçlarda isə maraqlı mübarizə yaşanıb. Hər iki oyunda qalib o qədər də bötük üstünlük qazana bilməyib. “Dərviş” 7, “Araz-Naxçıvan” isə 8 xallıq fərqlə qalib gəlib.

 

XIII tur

21 fevral

"Dərviş" - "AZTOP" – 68:61
"Araz"-Naxçıvan - "Baku Oilers" – 66:58
"Bakı" – BDU – 0:20

 


Xəbər xətti