Azərbaycan Belarusla yoxlama oyunu keçirəcək

22:13 21 Fevral 2015

Türkiyədə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının qardaş ölkədə yoxlama oyunu keçirəcəyi daha bir rəqibi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, millimiz Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

 

Həmin qarşılaşma fevralın 24-də keçiriləcək.

 

Qeyd edək ki, U-16 millimiz bu gün İsveçrənin "Benfika" klubunun U-17 komandası ilə qarşılaşmadan 9:0 hesablı qələbə ilə ayrılıb.

 


Digər xəbərlər

Xəbər xətti