Rail Məlikov oynadı, komandası xal qazandı

23:19 21 Fevral 2015

Türkiyə PTT 1-ci Liqasında 21-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Rail Məlikovun komandası - "Dənizlispor" da növbəti matçına çıxıb.

 

Həmyerlimizin komandası səfərdə "Osmanlıspor"la qarşılaşıb. Oyun 0:0 hesabıyla başa çatıb. Rail matçın 80-ci dəqiqəsində mübarizəyə qoşulub.

 

Qeyd edək ki, "Dənizlispor" hazırda 18 xalla 16-cı pillədə qərarlaşıb.

 


Xəbər xətti