Məşhur ukraynalı futbolçu azərbaycanlı ola bilərdi - FOTO

00:47 22 Fevral 2015

“Jenyanın 17 yaşı olanda mən onu Azərbaycana gətirmək istəyirdim”.

 

Ukraynalı Anton Krivosyukun Azərbaycan yığmasına keçməsi Ukrayna KİV-nin digər ukraynalı futbolçularının digər ölkələrin bayraqları altına keçmə mövzusuna toxunmağa məcbur edib.

 

Sportarena.az xəbər verir ki, “Sport-Ekspress v Ukraine” nəşri bu mövzuya böyük material həsr edib, bu materialı sizə təqdim edirik: 

 

“Anton Krivosyuk sadəcə milliyyətcə ukraynalı deyil, eləcə də futbolumuzun yetirməsidir. Yeri gəlmişkən, bu, Azərbaycan futbolunun tarixində ilk dəfə deyil. Bu yığma üçün daha öncə Aleksandr Çertoqanov (54 matç), eləcə də odessalı Vladimir Poşexonsev və Aleksey Stukas (bu iki oyunçu çox az) oynayıblar.

 

Krivosyuk bir qədər sıradankənar haldır. O, hələ ustadların komandasında özünü göstərməyib. Yalnız Ukraynanın yeniyetmə-gənclər liqasında (YGFL) Kiyevin “Zirka” (2010-2012 və 2014-cü ilin payızında) və “İlyiçeves” (2012-2014) çıxış edib. Bu qış Azərbaycana gəlib və ölkənin yığmasına dəvət alıb. Robert Prosineçki onu orda görüb, Krivosyukun dəvətini, sağ müdafiəçinin mövqeyini problemli hesab etməsi ilə şərh edib.  

 

Qeyd etmək lazımdır ki, Azərbaycanda altı il öncə xaricilərin qəbul edilməsi praktikasından imtina etmişdilər. Baxmayaraq ki, daha öncə komandada yetərincə legioner var idi: Ernani Pereyra, Branimir Subaşiç (siz onu qısa bir zaman ərzində “Çernimores”də çıxışından da xatırlaya bilərsiz), Fabiu Luis, Leandru Qomes...

 

Vətəndaşlığı ani olaraq aldılar və yığma üçün oynamaq haqqına görə beş il tələb edilmirdi. Oyunları keçirdilər və digər ölkələrə yola düşdülər, hər şey bununla bitdi. Çünki yığmaya bir yaşı olanda valideynləri tərəfindən Azərbaycandan yox, Qazaxıstandan Almaniyaya aparılan və indi Bundesliqanın üçüncü komandası “Karlsrue”də oynayan Dmitri Nazarov və  Almaniyada böyüyən “Qaziantepspor”dan olan türk Ufuk Budaq cəlb edilir.

 

Çox az adam bilir ki, Yevgeni Konoplyanka da (“Dnepr”in və Ukrayna yığmasının məşhur futbolçusu) azərbaycanlı ola bilrədi. Donetskin “Şaxter” komandasının baş məşqçisi Şahin Səfixanov müsahibələrin birində bizim ulduzcığazımızın tərcümeyi-halının maraqlı detallarından birinin üstünü açıb.

 

“Jenyanın 17 yaşı olanda mən onu Azərbaycana gətirmək istəyirdim. Oyunçunun özü və onun atası razı idilər. Konoplyanka o zaman “Dnepr”in dublunda çıxış edirdi, amma mən görürdüm ki, istedad böyüyür. Amma AFFA onda dedi ki, bu oyunçu “rusdur”, türk deyil, onu naturallaşdırmaq çətin olacaq. Azərbaycanın aparıcı klubları isə Konoplyankanın çağırılmasını yaşı ilə əlaqələndirərək etiraz etdilər. Axı Azərbaycan klublarına yalnız təcrübəli oyunçular lazımdır”.

 

“Krivosyukdan başqa, yalnız baxışa dəvət edilən “Sumqayıt”ın qapıçısı 22 yaşlı Andrey Popoviç də artıq orada oynayır. Çopadan olan YGFL Ujqorodun OEİYGİM (Olimpiya ehtiyatının ixtisaslaşdırılmış yeniyetmə-gənclərin idman məktəbi) üçün və iki ay 2008-ci ildə Donetskin “Metallurq”u üçün oynayıb. Ordan isə Azərbaycana keçib. Bu ölkənin yeniyetmə və gənclərdən ibarət yığmalarında çıxış edib, ilk çıxışı 2011-ci ildə olub. (Yeri gəlmişkən həmin il və ya bir il öncə “Karpat” komandasına düşə bilərdi, amma alınmadı). Popoviç və Krivosyukun gedişindən sonra Ukrayna futbolunun çox şey itirdiyini demək istəmirəm, sadəcə faktı bəyan edirəm”.

 


Digər xəbərlər

Xəbər xətti