Mourinyo: "Səbr etmək lazımdır"

16:24 22 Fevral 2015

Portuqaliyalı mütəxəssis, yeni transfer Kuadradonun İngiltərə futbolunda yeni olduğunu və bir az səbr etməli olduğunu vurğulayıb.

 

Sportarena.az xəbər verir ki, “Çelsi”nin baş məşqçisi Joze Mourinyo, yeni transfer Xuan Kuadraonun vaxta ehtiyacı olduğunu bildirib.

Kolumbiyalı yarımmüdafiəçi transfer pəncərəsinin son günüdə 33 milyon avro qarşılığında “Çelsi”yə transfer olunmuşdu.

Kuarado, “Bernli” ilə 1:1 hesablı bərabərliklə bitən matçda 4-cü oyununa çıxdı.

Mourinyo oyunsonrası mətbuat konfransında bunlar deyib:

“Kuadrado “Fiorentina”da olarkən sərbəst oyun göstərirdi. Ancaq, burada adət etmədiyi mövqelərdə oynamaq məcburiyyətindədir. Ondakı potensialdan xəbərdaram və bu oyunçuya lazım olan vaxtı verib səbr emək lazımdır. Onda hər şey yaxşı olacaq”.


Xəbər xətti