"I divizonu Premyer Liqa ilə birləşdirmək planı var"

16:53 22 Fevral 2015

I divizionla bağlı bir layihə vermişik. İstəyirik ki, I divizonu Premyer Liqa ilə birləşdirək. Belə olarsa, çempionatda gərginlik artacaq.

 

Sportarena.az xəbər verir ki, bunu Antalyada jurnalistlərə açıqlamasında Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov məlumat verib.

Onun sözlərinə görə, Məşqçilər Komitəsi I divizion klublarının baş məşqçiləri ilə görüşüblər:

“Soruşduq ki, 2 il ərzində I diviziondan hansısa futbolçu Premyer Liqaya gedibmi? "Yox" dedilər. Onda I divizion nədən ötrüdür? Hər halda bu məsələyə federasiya rəhbərliyi qərar verəcək, biz sadəcə olaraq, tövsiyə etmişik”.

 


Digər xəbərlər

Xəbər xətti