Millimiz Finlandiya ilə bərabərə qaldı

17:07 22 Fevral 2015

Daha öncə də xəbər verdiyimiz kimi Finlandiyada təlim-məşq toplanışında olan U-19 Azərbaycan millisi finlandiyalı yaşıdları ilə qarşılaşıblar.

 

Sportarena.az xəbər verir ki, oyun 1:1-lik bərabərliklə bitib. Əvvəlcə qonaqlar hesabı açıb.  Oyunun 53-cü dəqiqəsində Elias Ahde topu qapımızdan keçirdib. Millimiz 68-ci dəqiqədə hesaba tarazlıq gətirə bilib. Vadim Ağarəhimov bərabərlik qolunu vurub və oyun bu hesabla başa çatıb.

 

Finlandiya (U-19) – Azərbaycan (U-19) 1:1

 

Qollar: Elias Ahde, 53; Vadim Ağarəhimov, 68


Xəbər xətti