Baş nazir tələb etdi: "Üzr istəməlidirlər"

23:04 22 Fevral 2015

İtaliyanın Baş naziri Matteo Renzi Hollandiyanın “Feyenoord” klubundan Romada yaşanan xoşagəlməz insidentlə bağlı üzrxahlıq tələb edir.

 

 

Sportarena.az AzərTAc-a istinadla xəbər verir ki, UEFA Avropa liqasının 1/16 final mərhələsi çərçivəsində “Roma”- “Feyenord” qarşılaşmasını izləmək üçün İtaliya paytaxtına gələn hollandiyalı azarkeşlərin şəhərin tarixi meydanlarından birini dağıtmasına Baş nazirin reaksiyası sərt olub. O jurnalistlərə açıqlamasında vurğulayıb ki, bir qrup insanlar tərəfindən Romanın ən gözəl məkanlarından olan bir ərazinin dağıdılması qəbuledilməz və ağlasığmaz bir hərəkətdir: “Bu hadisəyə görə klub üzr istəməlidir”.

 

Qeyd edək ki, Romanın mərkəzi meydanlarından birində matçdan sonra yaşanan qarşıdurma ilə bağlı artıq 33 nəfər saxlanılıb.

 


Xəbər xətti