Coşqun Diniyev: "Olanlar Azərbaycan futbolu üçün xoş deyil" - MÜSAHİBƏ

00:07 23 Fevral 2015

Azərbaycan Milli Komandasının və “İnter” klubunun futbolçusu Coşqun Diniyevin Sportarena.az saytına müsahibəsi:

 

 

- Prosineçkinin rəhbərliyi altında ilk oyununuza çıxacaqsız. Təsuratlarınız necədir?

– Milli komanda artıq 3 gündür ki bir yerdədir. Hər şey istədiyimiz kimi gedir. Baş məşqçi də, futbolçular da çox istəklidir. Milli komandamıza yeni nəfəs gəlib. Deyərdim ki, yen dövr başlayır.

 

- “Şaxtyor”la oyunda sizcə millimiz nə edə biləcək?

– “Şaxtyor” ilə oyun sadəcə yoldaşlıq oyunudur. Nəticə mühüm deyil. Bizim üçün yaxşı sınaq olacaq. Həqiqətən gülcü komandadır.

 

- Çoxları yığma komanda ilə yox, klubla qarşılaşmağımıza etiraz edirdi...

– Çempionlar Liqasında mübarizə aparan klubdur. Nə dərəcədə hazır olduğumuzu görmək üçün yaxşı sınaqdır. Klubdur deyə gözümüzdə kiçiltmək olmaz.

 

- Futbola gəlməyinizdə atanızın rolu olduğunu bildirmişdiz. Bəs ondan daha uğurlu kariyera quracağınıza inamınız varmı?

– Futbola gəlməyim təsadüfdür. Çünki, atam futbolçu olmasaydı, yəqin ki, məndə olmazdım. Ondan görüb götürmüşəm, onunla futbolu sevmişəm. İnşallah atamın uğurlarını təkrarlayıb daha yaxşı uğurları da əldə edərəm.

 

- Milliyə həddən artıq çox milliləşdirilmiş legioner dəvət olunur...

– Millidə indi əvvəlki kimi çox legioner yoxdur. Demək olar ki, öz yerli futbolçularımızdır. Bu da bizə əlavə stimul verir.

 

- Bildiyimiz qədəri ilə Prosineçki hücum futboluna üstünlük verir. Bu yığma üçün xeyirli olcaqmı?

– Çalışır ki,bizə hücum futbolu oynatsın. Verdiyi tapşırıqları maksimum dərəcədə yaxşı yerinə yetirməyə çalışırıq. Yeni bir milli komanda görəcəksiz. Buna əmin olun.

 

- AZAL ilə oyunda xoşagəlməz hadisələr oldu. Günahkar kim idi?

– Həmin hadisə baş verəndə mən uzaqda idim. Nə baş verdiyini tam görə bilmədim. Ona görə də nə isə deyə bilmərəm. Amma, olanlar Azərbaycan futbolu üçün xoş deyil. İnşallah belə hallar təkrarlanmaz.

 

Rahim Şaliyev


Xəbər xətti