Muslera: “Fənərbaxça”nı çempion edəcəksiniz?

14:51 23 Fevral 2015

Türkiyə Superliqasının son turunda keçirilən “Sivasspor” – “Qalatasaray” oyununda qonaqların qapıçısı Fernando Muslera diqqət mərkəzinə düşüb. 
 

 

Sportarena.az xəbər verir ki, meydan sahiblərinin ilk qolunda əlavə köməkçi hakim olan Koray Gənçərlərə “rəqibin qayda pozuntusu ilə qol vurmasına kömək etdin” deyərək etiraz edən uruqvaylı çərçivə qoruyucusu az sonra yenə ədalət təmsilçilərinə etiraz edib.

İlk yarı bitdikdən sonra oyunun baş hakimi Hüseyn Göçəkə “Fənərbaxça”nı çempion edəcəksiniz?” deyib və qarşısında sarı kart görüb.

 


Digər xəbərlər

Xəbər xətti