“Qəbələ” 5 yerli futbolçudan məhrumdu

15:33 23 Fevral 2015

“Qəbələ” Azərbaycan Premyer Liqasının XXIV turunda “Qarabağ”la keçirəcəyi qarşılaşmanın hazırlığına başlayıb.

 

 

Sportarena.az klubun rəsmi saytına istinadənxəbər verir ki, “Xəzər Lənkəran”la fevralın 19-dakı oyundan (3:1) sonra iki günlük istirahətə buraxılan “qırmızı-qaralar” hazırlıqları bərpa edib.

 

Gündə bir məşq keçən komanda hazırlıqlarını Qəbələ stadionunda davam etdirir. Roman Qriqorçukun yetirmələri tam heyətlə məşq etmirlər. Ruslan Abışov, Cavid Hüseynov və Elvin Camalov Azərbaycan millisinin Antalyadakı təlim-məşq toplanışında iştirak edirlər. Zədədən əziyyət çəkən Rəşad Sadiqov və Ruslan Əmircanov da məşqlərdə iştirak edə bilmirlər. Sadiqov Bakıda, Əmircanov isə İstanbulda müalicə alır. Hər iki futbolçu çox güman ki, “Qarabağ”la görüşü buraxacaq.

 

Qeyd edək ki, “Qarabağ” - “Qəbələ” oyunu fevralın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 


Xəbər xətti